Şənbə, 11 May

RUSİYANIN İTKİLƏRİ REKORD HƏDDƏ ÇATDI - "Kreml buna görə "B planı”na keçib..."

image

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı müharibənin 57-ci günü ilə bağlı da məlumat yayıb.

Məlumatda Rusiya qoşunlarının Donetsk və Luqansk vilayətlərinə nəzarəti tam ələ keçirməyə cəhd göstərdiyi bildirilib.

Məlumata görə, Volınsk, Siversk istiqamətində Rusiya hərbçilərinin fəallığı qeydə alınmayıb: “Rəqib Slobojansk istiqamətində texniki təminat sistemini gücləndirməyə davam edir. Balakla şəhərində yerli poliklinikaya yaralı rusiyalı hərbçilər yerləşdirilib, musiqi məktəbini də onlar üçün hospital ediblər. Bu sübut edir ki, Rusiya hərbçiləri arasında yaralıların sayı çoxdur və onların təxliyəsində problem var".

Qeyd olunub ki, düşmən Xarkovu atəşə tutmasını və şəhəri mühasirəyə almağa cəhdini davam etdirir: "Donetsk və Tavriya istiqamətində rəqib bütün təmas xətti boyunca ağır artilleriyadan atəş açır".

"Ötən sutka Ukrayna Hərbi Hava Qüvvələri düşmənin 4 hava hücumunu dəf edərək 3 PUA və bir qanadlı raketini sıradan çıxarıb. Donetsk və Luqansk vilayətlərində ötən sutkada rəqibin bir tankı, 9 zirehli texnikası, bir zenit raket kompleksi və döyüş-sursat kompleksi məhv edilib", - məlumatda bildirilib.

“Rusiya təbliğatının guya Ukraynadakı müharibəni bir neçə mərhələdə planlaşdırması ilə bağlı tezisi yalandır. Əslində, düşmən yalnız bir planın uğurlu olacağına ümid edirdi”.

Bu açıqlama ilə  isə Ukrayna Müdafiə Nazirliyinin spikeri, polkovnik Oleksandr Motuzyanik çıxış edib.

“Əslində, yalnız bir “plan” var idi: ildırım sürəti ilə hücum, paytaxt daxil olmaqla Ukraynanın böyük şəhərlərini tutmaq, Ukrayna hökumətini devirmək və Rusiya Federasiyasının nəzarətində olan hökumət yaratmaq. Bu, əslində təcavüzkarın əsas məqsədi idi”, - deyə polkovnik vurğulayıb.

Eyni zamanda o, rusların təşviş içində yeni bir plan hazırlamaq məcburiyyətində qaldıqlarını və bu planın rus ictimaiyyətinə “xüsusi əməliyyatın ikinci mərhələsi” kimi sırımağa çalışdıqlarını vurğulayıb: “Çoxsaylı itkilər, hərbi əməliyyatların planlaşdırılmasında səhv hesablamalar və sonda ukraynalıların şiddətli müqaviməti Rusiya rəhbərliyini öz planlarına düzəlişlər etməyə məcbur etdi. Ona görə də indi onlar guya yalnız Donetsk və Luqansk vilayətlərinin ərazilərinə tam nəzarətin yaradılmasını özündə ehtiva edən qondarma “B planı”nın mövcudluğundan danışırlar. Onlar hazırda bunu etməyə çalışırlar”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44